ÇOX GÜLMƏK QƏLBİ ÖLDÜRÜR

0

Gülmək insana məxsus bir xüsusiyyətdir. Hər bir davranışda olduğu kimi gülməkdə də ölçülü olmaq lazımdır. İnsan gülməkdə həddi aşarsa, bu hal onu qəflətə salar. Çünki həddən artıq gülmək insanı təfəkkürdən uzaqlaşdırar və həyatın həqiqətini idrak etməsinə mane olar. Həyatını gülmək və əyləncə ilə keçirən insan qeyri-ciddi bir şəxsiyyətə sahib olar. Bu hal onun qəlbinə təsir göstərərək əsas məqsəddən uzaqlaşdırar. Bu barədə Allah Rəsulu (s.ə.s) belə buyurur: “Çox gülmə! Çünki çox gülmək qəlbi öldürür“. (Tirmizi, Zöhd, 2). Həsən əl-Bəsri bu haqda belə demişdir: “Çox gülmək möminin qəflətdə olduğunun əlamətidir”. (İbn Əbi Şeybə, “Müsənnəf”, V, 338). Ömər ibn Xəttabın (r.a) da bu barədə Əhnəf ibn Qeysə belə dediyi nəql edilir: “Ey Əhnəf! Çox gülən kimsənin heybəti (zəhmi) azalar”. (Təbərani, “əl-Möcəmül-övsət”, II, 370).

Burada gülmək ilə qəsd olunan məna qəhqəhə ilə gülməkdir. Gülər üzlü olmaq isə İslamda qəbul olunan və hətta tövsiyə olunan bir xüsusdur. Rəsulullah (s.ə.s): “Qardaşının üzünə gülümsəməyin sənin üçün sədəqədir“, – buyuraraq gülər üzlü olmağın müsbət bir keyfiyyət olduğuna diqqət çəkmişdir. (Tirmizi, Birr, 36). Səhabələrdən Abdullah ibn Haris Rəsulullahın (s.ə.s) hər zaman gülər üzlü olduğunu xəbər verərək belə demişdir: “Mən Rəsulullahdan (s.ə.s) daha çox təbəssüm edən başqa birini görmədim”. (Əhməd ibn Hənbəl, “Müsnəd”, XXIX, 245).

Qurani-Kərimdə Uca Allah müşriklərin gülüb əylənmələrini tənqid edərək belə buyurmuşdur: “İndi siz bu kəlama təəccüb edirsiniz? Gülürsünüz heç ağlamırsınız. (Qəflət içində) oynayıb əylənirsiniz“. (Nəcm, 53/61).

Ayə və hədislərdən belə bir nəticə ortaya çıxır ki, hər bir əməldə olduğu kimi gülməkdə də ifrata varmaq müsəlmana xas bir davranış deyildir. Çünki gülməkdə həddi aşmaq qəlbi qatılaşdırar və insanı qəflətə sürükləyər. Bu halın insanın həyatında davamlı hala gəlməsi hətta axirəti itirməsi ilə belə nəticələnə bilər.

f.f.d. Səfa Muradov

SOSİAL ŞƏBƏKƏLƏRDƏ Paylaş

Şərhlər bağlıdır.

Əvvəlki məqaləni oxuyun:
QURANİ-KƏRİMİ YANDIRMAQ İSTƏYƏN TƏXRİBATÇINI DÖYDÜLƏR – VİDEO

Danimarkanın paytaxtı Kopenhaqendə irqçi “Stram Kurs” partiyasının küçədə Qurani-Kərimi yandırmağa cəhd edib. Kopenhaqendə müsəlmanların kompakt yaşadığı Norrebro məhəlləsində öz mənfur...

Bağla