Türkiyənin tanınmış ilahiyyatçısı, “Mərmərə” universiteti ilahiyyat fakultəsinin dinlər tarixi müəllimi Prof. Dr. Ömər Faruk Harman vəfat edib.
Bilecik vilayətinin Söğüt rayonunda 1950-ci ildə dünyaya gələn Harman, 1968-ci ildə İstanbul imam-xətib məktəbini bitirib. 1972-ci ildə İstanbul İslam texnikumundan, 1973-cü ildə İstanbul universitet Ədəbiyyat fakultəsindən məzun olub.
“Mərmərə” universiteti İlahiyyat fakultəsində 1983-cü ildə Dinlər tarixi üzrə doktor, 88-ci ildə dossent, 1994-cü ildə professor olub. 1985-ci ildə Parisdə dinlər tarixi sahəsində 1 il tədqiqatla məşğul olub.
1986-cı ildən bəri “Türkiyə Diyanət Vəqfi” İslam araşdırmalaeı mərkəzində, İslam Ensiklopediyasının hazırlanmasında dinlər tarixi üzrə elmi heyətin sədri və müəllif redaktoru olub. Həmin ensiklopediyada öz sahəsi ilə əlaqəli bir çox maddənin müəllifidir.
2005 – 2009-cu illərdə Türkiyənin Paris səfirliyində din xidmətləri müçaviri kimi fəaliyyət göstərib.
Hazırda İstanbul “İbn Xaldun” universiteti İslami elmlər fakultəsində dinlər tarixi müəllimi olan Harman, ərəbcə və fransızca bilirdi.
Allah rəhmət eləsin.