BU GÜNDƏN “BEYNƏLXALQ QÜDS HƏFTƏSİ” BAŞLAYIR

0

Fələstin və Qüds üçün fəaliyyət göstərən QHT-lər və Türkiyə Diyanət komitəsinin iştirak edəcəyi “Beynəlxalq Qüds Həftəsi” bu gündən başlayır.

Beynəlxalq Qüds Həftəsi hər il Merac gecəsi, Hıttin müharibəsi və Səlahəddin Eyyubinin Məscidi-Əqsanı səlibçilərdən geri aldığı hicri rəcəb ayının axırıncı həftəsində qeyd edilir.

Qüds Həftəsi boyu vizual platformlarda İsra və Merac gecələri ilə əlaqəli tədbirlər keçiriləcək, İslam dünyasının tanınmış alimləri sosial şəbəkələr vasitəsilə konfranslar təşkil edəcək.

Fələstin, Livan, İraq, İordaniya, Misir, Mərakeş, Tunis, Əlcəzair, İndoneziya, Liviya, Pakistan, Eritre, Seneqal və s. bu kimi ölkələrdən olan çox sayda İslam alimi həftə boyu keçiriləcək tədbirlərdə iştirak edəcəklərini və sosial şəbəkədə martın 12-də Qüds üçün başladılacaq heşteq kampaniyasına dəstək verəcəklərini açıqlayıblar.  

Həmçinin, sağlamlıq şərtlərinin uyğun olduğu ölkələrdə Fələstinin mübarizəsinə dəstək vermək üçün mitnqlər keçiriləcək. Cümə xübələrində İsra və Merac gecələri barədə məlumatlar veriləcək.

Martın 14-nə qədər davam edəcək Qüds Həftəsinin məqsədi, Fələstin və Qüds məsələsinə lazımi həssaslığı göstərmələri üçün müsəlmanların şüurlandırılmasıdır.  

Qüds Həftəsinin əhəmiyyətindən danışan Türkiyə Diyanət komitəsinin sədri Əli Erbaş isə, “Qüdsü qorumaq hər bir müsəlmanın vəzifəsidir!” – deyib.  

“Əsrlər boyu müsəlmanların idarəsi altında sülh və sabitliklə idarə olunan Qüds, təəssüf ki, bəşəri dəyərləri və beynəlxalq hüququ saymayan bir düşüncə ilə işğalın, zülmün, kədərin və göz yaşlarının hakim olduğu bir yerə çevrilmişdir.” – deyə Erbaş vurğulayıb.  

SOSİAL ŞƏBƏKƏLƏRDƏ Paylaş

Şərhlər bağlıdır.

Əvvəlki məqaləni oxuyun:
“BİZ İSLAMAFOBİYA İLƏ MÜBARİZƏ APARMALIYIQ” – FOTO

“Azərbaycan İslam dininin zorakılıq və terrorla əlaqələndirilməsini kəskin şəkildə pisləyir.” İslamveirfan.com xəbər verir ki, bu sözləri Azərbaycan prezidenti İlham Əliyev...

Bağla