RƏSMİ ANKARA “KÜRDÜSTAN” XƏRİTƏSİNİN OLDUĞU MARKAYA ETİRAZ ETDİ

0

Türkiyənin Xarici İşlər Nazirliyi, İraq Kürd Yerli İdarəsi (İKYİ) rəhbərliyinin Roma papasının şərəfinə hazırlamağı planlaşdırdığı markaya kəskin etirazını bildirib.   

Nazirliyin açıqlamasında bildirilib ki, bu cür həvəslərin necə bərdad nəticələri olduğunu ən yaxşı İKYİ rəhbərliyi bilir.

“Papa Franksisin İraq səfərinə görə İKYİ tərəfindən hazırlanması planlaşdırılan markaların arasında, Türkiyənin bəzi vilayətlərinin də daxil olduğu xəritənin olduğu bir markanın da olduğu görülmüşdür.  

Həddini bilməyən bəzi İKYİ idarəçiləri bu səfəri fürsət bilərək İraqla qonşu ölkələrin ərazi bütövlüyü barədə xam xəyallarını aşkar etməyə cəhd edir.

Bu cür sinsi əməllərin necə bərbad bir nəticəsi olduğunu ən yaxşı İKYİ rəhbərliyi bilməkdədir.

İKYİ rəhbərliyindən bu dəhşətli səhvin düzəldilməsi istiqamətində lazımi bəyanatın dərhal və açıq şəkildə verilməsini gözləyirik.” – deyə Türkiyə XİN-in açıqlamasında vurğulanıb.

SOSİAL ŞƏBƏKƏLƏRDƏ Paylaş

Şərhlər bağlıdır.

Əvvəlki məqaləni oxuyun:
PAPANIN İRAQ SƏFƏRİNDƏ QONDARMA KÜRDÜSTAN BİABIRÇILIĞI – FOTO

Katoliklərin ruhani lideri papa Franksisin qalmaqallı İraq səyahəti başa çatsa da, bu səfərin mənfi əks-sədası davam edir. İraq Yerli kürd...

Bağla