MƏSCİDİ ƏQSANIN İMAMI MERAC GÜNÜ İSRAİL POLİSİ TƏRƏFİNDƏN SAXLANILDI

0

Qüdsdəki Məscidi-Əqsanın imam-xətibi 82 yaşlı Şeyx İqrimə Səbri ötən gün sahar vaxtı İsrail polisi tərəfindən saxlanılıb.

Bu barədə Türkiyədə nəşr olunan “Yeni Şafak” qəzetinə imamın həyat yoldaşı Nailə Haşim Səbri məlumat verib. Xanım Səbri, Şeyxin evə hücum edən 4 İsrail olisi tərəfindən aparıldığını deyib. 

Şübhəli şəxs qismində saxlanılan Şeyx Səbri 7 saat davam edən sual-cavabdan sonra azadlığa buraxılıb.

“İsrail polisləri ədəbsizcəsinə evimə basqın etdi və evimin məhrəmliyini pozdu. Onlara, “Rəhmət Qapısı” Məscidi-Əqsanın ayrılmaz hissəsidir, Məscidi-Əqsanın hər hansı bir yerində dini tədbirlər keçirə bilərik – dedim. İttihamlar əsassızdır, Məscidi-Əqsa və Rəhmət qapısı barədə fikirlərimiz dəyilməyib.” – deyə Səbri azadlığa çıxarkən açıqlamasında bildirib.

Şeyx Səbrinin vəkili Həmzə Kuteynə, imamın “Rəhmət qapısı”nda keçirilməsi planlaşdırılan Merac tədbiri səbəbindən saxlanıldığını deyib.

“Şeyx Səbri, Məscidi-Əqsanın “Rəhmət qapısı”ında keçiriləcək İsra və Merac gecəsi tədbirində iştirak etmək niyyətində olduğu üçün saxlanılıb. Bu cür hərəkət qanunlara ziddir, bu cür saxlanılma zülümdür və pisliyin pik həddidir.” – deyə vəkil bildirib.    

Qeyd edək ki, martın 8-də ənənəvi Qüds həftəsi başlayıb. Saxlanılan Şeyx Səbriyə bu çərçivədə keçiriləcək tədbirşlərdə iştirak etməməyi üçün iltizamnamə imzalaması üçün təzyiq göstərildiyi bildirilib.

SOSİAL ŞƏBƏKƏLƏRDƏ Paylaş

Şərhlər bağlıdır.

Əvvəlki məqaləni oxuyun:
ƏN ETİBARLI CV

Dövrümüzdə iş tapmaq, yaxud daha yüksək vəzifəyə təyin olunmaq üçün CV doldurmaq əhəmiyyətli hal alıb. CV dolduran hər bir insan...

Bağla