İNCİTMƏMƏK VƏ İNCİNMƏMƏK

0

İnsan unutqandır. Ona edilən yaxşılıqları tez unudar.

Xırda bir zərəriniz toxunsa isə bir ömür boyu yadında saxlayıb sizə qaytarmağa çalışar.

Bəzən gözləmədiyiniz insanlar sizə qarşı gözləmədiyiniz hərəkətlər edər.

Bundan sonra siz etdiyiniz  yaxşılıqlara peşman olur və bir daha yaxşılıq etmək istəmirsiz.

Ancaq burda unutduğunuz bir həqiqət var o da  insanların sərgilədikləri pis və ya yaxşı davranışların çox vaxt içərisində olduqları mühit və şəraitdən asılı olmasıdır. Yəni onların etdikləri hər şey bir başa onların özündən, şəxsi keyfiyyətlərindən asılı olmaya bilir.

Sizə dedikləri yanlış bir söz, etdikləri yanlış bir davranış da qeyd etdiyimiz bu amillərə bağlı ola bilər. Ona görə bir insanı günahlandırmadan əvvəl bir az soyuqqanlı olub hər şeyi daha yaxşı aydınlaşdırmaq lazımdır. Çünki biz insanların hərəkətlərini doğru mühakimə edə bilmərik ona görə ki, biz həmin hərəkətlərin səbəbini bilmirik, o səbəbləri də tam şəkildə mühakimə etmək əlimizdə deyil çünki biz  o adamla eyni həyatı yaşamırıq.

Bəz sizin haqqında danışdığınız insanlar sizin haqqınızda nə deyir? Bir də özümüzə başqalarının gözündən baxmalı deyilikmi? Bəlkə də biz özümüz də ən azından günahlandırdığımız insanlar qədər günahkarıq.

Elə biz özümüz də bir az çox unutqan deyilikmi? Aylarla illərlə bəlkə də bir ömür boyu bizə yaxşılıq edən insanları belə kiçik bir nöqsanlarına görə silib atmağa hazırıq. Bəzən də köməklərinə  ehtiyac duyduğumuz insanlara hörmət edir, köməyinə ehtiyacımız olmayan insanlardan isə uzaq qaçırıq.

İnsanlar arasında sevgini,  birliyi və bərabərliyi bərqərar etmək üçün bizim üzərimizə düşən vəzifə bizə qarşı edilən kiçik bir yaxşılığı unutmayıb o yaxşılığın sahibinə və başqalarına bir ömür boyu yaxşı davranmaqdır. Əks təqdirdə sevdiyimiz insan tərəfindən səbəbini bilmədiyimiz xırda bir pislik görüb və o pisliyinin ucbatından həyatımızı məhv edə bilərk.

 Nəticə olaraq insanlar eyni deyildir onların özlərinə xas xarakter, yetişmə şəraiti, sosial problemləri var.

Kamilliyin yolu isə icitməməkdir və incinməməkdir.

Bağışlayan və yaxşılıq edən insalar üçün isə Allah Təala belə buyurur:

O müttəqilər ki, bolluqda da, qıtlıqda da (mallarını yoxsullara) xərcləyər, qəzəblərini udar, insanların günahlarından keçərlər. Allah yaxşılıq edənləri sevər. Ali İmran, 3/134.

Dr. Eldar Kərimov

SOSİAL ŞƏBƏKƏLƏRDƏ Paylaş

Şərhlər bağlıdır.

Əvvəlki məqaləni oxuyun:
OMUBDSMAN İSLAM ƏMƏKDAŞLIQ TƏŞKİLATININ TƏDBİRİNDƏ İŞTİRAK EDİB

Azərbaycan Respublikasının İnsan Hüquqları üzrə Müvəkkili (Ombudsman) Səbinə Əliyeva İslam Əməkdaşlıq Təşkilatının (İƏT) Ombudsmanlar Assosiasiyasının idarə heyətinin iclasında iştirak edib....

Bağla