“ERMƏNİ TERRORÇUNUN AZAD EDİLMƏSİNİ ŞİDDƏTLƏ QINAYIRIQ”

0

“Los Angeles Ali Məhkəməsinin şəhid Baş konsulumuz Kemal Arıkanı qətlə yetirən erməni terrorçu Hampiq Sasunyanın azad edilməsini şiddətlə qınayırııq”.

Bu barədə Türkiyə xarici işlər nazirliyinin yaydığı açıqlamada qeyd olunub.

“Kaliforniya qubernatoru Qavin Nyusomun bu qərardan apellyasiya şikayəti verməməsini isə hüquq çərçivəsindən kənar hərəkət kimi qiymətləndiririk”-deyə, məlumatda bildirilib.

Xatırladaq ki, Türkiyə Respublikasının ABŞ-ın Los Angeles şəhərindəki Baş konsulu Kemal Arıkan erməni terrorçular Hampiq Sasunyan və Krikor Saliba tərəfindən 28 yanvar 1982-ci ildə qətlə yetirilib.

Saxlanılan H.Sasunyan ömürlük həbs cəzasına məhkum edilib, istintaqdan yayına bilən K.Saliba isə həmin ildə Livandakı vətəndaş müharibəsində öldürüldüyü iddia edilib.

SOSİAL ŞƏBƏKƏLƏRDƏ Paylaş

Şərhlər bağlıdır.

Əvvəlki məqaləni oxuyun:
ÜMUMDÜNYA MÜSƏLMAN ALİMLƏR ŞURASINDAN “UYĞUR” AÇIQLAMASI

Ümumdünya Müsəlman Alimlər Şurası rəsmi Pekinin Uyğur muxtariyyətindəki türk əhaliyə təzyiqləri barədə açıqlama yayıb. Şura bu barədə yaydığı bəyanatda Çin...

Bağla