İSVEÇDƏ MÜSƏLMAN MƏKTƏBİNDƏ YANĞIN TÖRƏDİLİB

0

İsveçdə naməlum şəxslər müsəlman ailələrinin övladlarının təhsil aldığı məktəblərdən birində yanğın törədiblər.

Məlumata görə, hadisə Erebru şəhərində “Alsalamskolan” məktəbində olub.

Məktəbin direktoru Hüseyn Aldaodi SVT telekanalına bildirib ki, müşahidə kameralarının kadrlarında iki naməlum şəxsin məktəbdə yanğın törətmələri aydın görünür. Onun sözlərinə görə, videokadrlar polisə verilib.

“Maskalı naməlum şəxslər birinci mərtəbənin pəncərələrinin şüşələrini sındırıblar və məktəbə yanar maddə atıblar. Hadisə səhər tezdən baş verib, xoşbəxtlikdən həmin vaxt məktəbdə heç kim olmayıb”, – Aldaodi deyib.

Polis hadisə ilə bağlı araşdırmaya başlayıb.

SOSİAL ŞƏBƏKƏLƏRDƏ Paylaş

Şərhlər bağlıdır.

Əvvəlki məqaləni oxuyun:
MÜSƏLMAN “İBNÜL-VƏQT” OLMALIDIR

İslam ənənəsində təsəvvüf əhlinin ən çox diqqət etdiyi xüsuslardan biri də həyatın hər anını düzgün dəyərləndirmək və onu mənasız işlər...

Bağla