ŞABAN AYINDA HANSI İBADƏTLƏRİ EDƏK?

0

Mübarək üç aylardan ikincisi Şabanı-Şərif ayıdır. İslamveirfan.com xəbər verir ki, Hz. Peyğəmbər (SAV) və bəzi islam alimlərinin bu ayın əhya edilməsi barədə məsləhətləri var.

Şaban ayında bunları edin:

1.      Şabanı-Şərif ayında bu duanı oxumaq olar:

ucaylar

“Allahummə bərik lənə fi şaban və bəlliğnə ramazan.” (Allahım şabanı bizə mübarəketvə bizi ramazana qovuşdur)

2.      Peyğəmbərimiz (SAV) bir hədisi-şərifdə belə buyurur: “Şabam mənim ayım, Rəcəb Allahın ayı, ramazan ümətimin ayıdır.”

3.      Rəvayətə görə, peyğəmbərimiz (SAV) ramazandan sonra ən çox bu ayda oruc tuturdu.

4.      Rəvayətə görə səhabələr şaban ayı başlayan kimi Quran tilavətini çoxaldırdılar. Biz də bu ayda mənasını təfəkkür edərək çox Quran oxumalıyıq.

5.      Bu ayda edəcəyimiz xeyir işlərin savabı qat-qat verilir.

6.      Bu ayda daha əvvəl etdiyimiz günahlara görə tövbə etməliyik.

7.      Bu ayda Rəsulullaha (SAV) gətirdiyimiz salavatı çoxaltmalıyıq.

8.      Bu ayda, bir il ərzində öləcək olanların adları dirilər dəftərindən ölülər dəftərinə keçirilir.

9.      Bu ayın ortasında Bəraət gecəsi var. gündüzündə oruc tutmaq, gecəsində ibadətlə əhya etmək lazımdır. Bu gecədə 100 rəkat namaz qılınması məsləhət görülür.

10.  Bu ayda xeyir qapıları açılır və günahlar silinir.

11.  Bir hədisi-şərifdə şaban ayının son bazar ertəsi günündə oruc tutmağın günahların bağışlanmasına vəsilə olacağı barədə müjdə var.

12.  Müsəlmanların mallarının zəkatını kasıblara, ramazanda tutacaqları oruca qüvvət və dəstək olması baxımından bu ayda vermələri xeyirli və yaxşı ola bilər.

13.  Xülasə, bu ay dəyərləndirilməsi zəruri olan bir vaxtdır. Bu ayı ibadət, dua və zikrlə keçirməyə cəhd etməliyik.

SOSİAL ŞƏBƏKƏLƏRDƏ Paylaş

Şərhlər bağlıdır.

Əvvəlki məqaləni oxuyun:
İSVEÇDƏ MÜSƏLMAN MƏKTƏBİNDƏ YANĞIN TÖRƏDİLİB

İsveçdə naməlum şəxslər müsəlman ailələrinin övladlarının təhsil aldığı məktəblərdən birində yanğın törədiblər. Məlumata görə, hadisə Erebru şəhərində “Alsalamskolan” məktəbində olub....

Bağla