MƏKKƏ VƏ MƏDİNƏDƏ TÜRK MƏKTƏBLƏRİ BAĞLANDI

0

Səudiyyə Ərəbistanının Məkkə və Mədinə şəhərindəki türk məktəbləri bağlanıb. Bu barədə Türkiyə Təhsil Nazirliyi Ali Təhsil və Xaricdə Təhsil idarəsinin direktoru Əhməd Emre Bilgili məlumat verib.

Bilgili Türkiyə Böyük Millət Məclsi aşağı komissiyasının iclasında, Səudiyyə Ərəbistanında 5 türk məktəbi olduğunu, bütün səylərə baxmayaraq Məkkə və Mədinədəki məktəblərin bağlandığını deyib.

“Səudiyyə Ərəbistanı hökuməti xüsusilə Məkkə və Mədinədəki məktəblərimizi bütün səylərimizə baxmayaraq 2020-ci ilin axırında faktiki olaraq qapadıb.” – deyə Bilgili qeyd edib.

“Eğitim Bir-Sen” həmkarlar ittifaqının sədri Lətif Selvi bunun tamamilə siyasi bir qərar olduğunu deyib. Selvi bu qərarın konvensiyalara uyğun olmadığını bildirib.

“Səudiyyə rejimi konvensiyalara uyğun olmayan şəkildə Türkiyənin oradakı təhsil fəaliyyətini dayandırdı. Bu tamamilə siyasi və özbaşına addımdır və dövlət ciddiyətinə də uyğun deyil.” – deyə Selvi vurğulayıb.  

SOSİAL ŞƏBƏKƏLƏRDƏ Paylaş

Şərhlər bağlıdır.

Əvvəlki məqaləni oxuyun:
YETİM MALI YEYƏNLƏRİN HƏZİN SONU

Rəsulallah (s.ə.s) Meracda elə insanlara rastlamışdı ki, onların dodaqları dəvə dodağına bənzəyirdi. Bəzilərinin də dodaqları kəsilib ağızlarına daş qoyulmuşdu. Peyğəmbər...

Bağla