Fransanın paytaxtı Parisdəki “Respublika” meydanında, “Respublika prisiplərinə hörməti gücləndirmək” adlı qanun layihəsinə qarşı etiraz aksiyası keçirilib.
Çox sayda QHT-nin və vətəndaşların iştirak etdiyi aksiyada, qanun layihəsinin hədəfinin müsəlmanlar olduğu bildirilib.
Aksiya iştirakçıları “İslamafobiyaya xeyr!”, “Ədalət olmasa sülh də olmaz!” və s. bu kimi şüarlar səsləndirərək qanun layihəsinə etirazlarını bildiriblər.