APRELİN 1-DƏN YENİ VƏSIQƏ İLƏ TÜRKİYƏYƏ SƏFƏR ETMƏK OLACAQ

0

Türkiyə və Azərbaycan arasında yeni tip şəxsiyyət vəsiqələri ilə səfərlərin başlanacağı tarix açıqlanıb.

Türkiyənin Baş Polis İdarəsindən bildirilib ki, bununla bağlı qərar aprelin 1-də qüvvəyə minəcək.

“İki dövlət, bir millət! Türkiyə ilə Azərbaycan artıq daha yaxındır… İki ölkə vətəndaşları 2021-ci ilin aprelin 1-dən etibarən yeni tip şəxsiyyət vəsiqələri ilə qarşılıqlı səyahət həyata keçirə biləcəklər. Vizasız qalma müddəti 30 gündən 90 günədək artırılıb”, – qurumdan bildirilib.

Qeyd edək ki, ötən ilin dekabrın 10-da Azərbaycanla Türkiyə arasında qarşılıqlı olaraq vizadan azadetmə haqqında 2020-ci il fevralın 25-də Bakı şəhərində imzalanmış sazişə dəyişikliklər edilməsi haqqında protokol imzalanıb. Protokola əsasən, Azərbaycan və Türkiyə vətəndaşları sadəcə şəxsiyyət vəsiqələri ilə qarşılıqlı səfərlər edə biləcəklər.

 

Report

SOSİAL ŞƏBƏKƏLƏRDƏ Paylaş

Şərhlər bağlıdır.

Əvvəlki məqaləni oxuyun:
İLHAM ƏLİYEV: “DIRNAQARASI “ARTSAX DÖVLƏTI” – CƏHƏNNƏMƏ GETDI”

"Yenə azad edilmiş torpaqlardayıq. Füzulidən Xocavənd rayonuna gedirik. İşğaldan azad edilmiş Xocavənd rayonuna gedirik. Yol boyunca bütün yaşayış məntəqələrinin dağıdılmasının...

Bağla