Bu il ramazan ayında, bu aya məxsus olan əravih namazı qılına bilər. Bu barədə “Məscidi-Haram və Məscidi-Nəbəvi” komitəsinin sədri, Kəbənin imamı Şeyx Abdurrahman əs-Sudeys məlumat verib.
Sudeysin açıqlamasına görə Məscidi-Nəbəvi sübh namazından 2 saat əvvəl açılacaq və təravih namazından 2 saat sonra bağlanacaq. Ramazanın axırıncı 10 günlüyündə isə Məscidi-Nəbəvi 24 saat açıq olacaq.
Xatırladaq ki, keçən il Məscidi-Nəbəvidə təravih namazları camaatsız qılınmış, bu il isə 60 min nəfər eyni vaxtda namaz qıla biləcək.