FRANSADA MƏSCİDƏ GÖSTƏRİLƏN MADDİ YARDIM NARAHATLIQ YARATDI

0

Fransada Strasburq bələdiyyəsinin tikintisi davam edən “Eyyub Sultan” məscidinə ianə etməsi ölkənin daxili işlər nazirini narahat edib.

Məlumata görə Strasburq bələdiyyəsi qanunvericiliyə uyğun olaraq tikintinin ümumi smeta dəyərinin 10%-i məbləğində – 2 milyon 563 min 599 avro məbləğində məscidə ianə etməyə qərar verib.

Bələdiyyənin bu cür qərar qəbul etməsini kəskin tənqid edən Fransanın daxili işlər naziri Cerald Derman isə qərarın ləğv edilməsi üçün şəhər valisinə əmr verib.

“Strasburq bələdiyyəsi, `Fransa İslamı Prinsipləri Nizamnaməsi`ni imzalamağı qəbul etməyən və siyasi islamı müdafiə edən bir federasiya tərəfindən dəstəklənən məscidə ianə edir. Ümid edirəm ki, tezliklə hamı gözlərini açar, separatizm qanun layihəsi təsdiqlənər və qüvvəyə minər.” – deyə Fransanın DİN rəhbəri sosial şəbəkədə yazdığı mesajında bildirib.  

Strasburqun “Yaşıllar” partiyasındanolan bələdiyyə başçısı Janna Barseqyan, daxili işlər nazirinin məsələyə sosial şəbəkədən münasibət bildirməsinə görə təəccübləndiyini bildirib.

“Normal yollar var ikən cənab Darmaninin məsələyə paylaşımla münasibət bildirməsi məni təəccübləndirdi. Qanunlara görə ibadət tikintisinə 10% nisbətində yardım edilə bilər. Bu daha əvvəl də olub. Hər şey qanunlara uyğundur. Cənab Darmaninin etirazı varsa qanunları dəyişdirsin.” – deyə bələdiyyə başçısı bildirib.

Evden Haberler - Emlak Haberleri

SOSİAL ŞƏBƏKƏLƏRDƏ Paylaş

Şərhlər bağlıdır.

Əvvəlki məqaləni oxuyun:
EQO SAVAŞLARI

Adəm peyğəmbərin dövründən etibarən bitmək bilməyən savaşlar, fitnələr və münaqişələrin təməlində yatan sadə bir səbəb var. Səbəb sadə olsa da...

Bağla