İNGİLTƏRƏDƏ YENİ KARİKATUR  QALMAQALI – MƏKTƏB MÜDİRİ ÜZR İSTƏDİ

0

İngiltərədə məktəblərdən birində müəllimin İslam peyğəmbərini təhqir edən karikaturaları şagirdlərə göstərməsi valideynlərin etirazı ilə qarşılanıb.

Hadisə İngiltərənin şimalında yerləşən Yorkşir şəhərindəki “Betli” məktəbində baş verib. Məlumata görə din dərsi müəllimi dərs vaxtı şagirdlərə İslam peyğəmbərini təhqir edən karikaturaları göstərib.

Şagirdlərin xəbər verməsi ilə valideynlər məktəbin qarşısında etiraz aksiyası keçirərək həmin müəllimin istefa verməyini tələb ediblər.

Etirazçıların arasında olan imam Muhamməd Amin Pandor, baş verənlərə görə dəhşətə gəldiyini, bunun qəbul edilməsinin mümkün olmadığını deyib.

“Müəllimə qarşı təhqiqat başladılmasını, aramızdan bəzilərinin də həmin təhqiqat heyətində olmağını tələb etdik. Gələcəkdə bu cür problemlərin baş verməməsi üçün məktəblə əməkdaşlığa davam edəcəyik.” – deyə Pandor bildirib.

Məktəbin müdiri Qari Kibble valideynlərə e-mail göndərərək dərsdə uyğun olmayan mənbədən istifadə edildiyi üçün üzr istəyib.

Kibble gələcəkdə bu cür problemlərin baş verməməsi üçün din dərsi dərsliyinin yenidən tədqiq ediləcəyini bildirib.

SOSİAL ŞƏBƏKƏLƏRDƏ Paylaş

Şərhlər bağlıdır.

Əvvəlki məqaləni oxuyun:
TÜRKİYƏDƏ ŞƏHİDLƏRİMİZİN XATİRƏSİNƏ AĞACƏKMƏ AKSIYASI KEÇİRİLİB

Türkiyənin İğdır vilayəti ərazisində Azərbaycanın Vətən müharibəsi şəhidlərinin xatirəsinə salınan meşə-parkda ağacəkmə aksiyası keçirilib. Aksiyada Azərbaycan və Türkiyədən rəsmi şəxslər,...

Bağla