Ən böyük fərasət istiqbal bilinməzliyini tapa bilməkdir. Bunu bacaran kimsə artıq heç kəsdən inciməz, heç kəsi də incitməz. Bütün hadisələrdəki muradı-ilahini və əzəli, əbədi sirri sezər. Haqqın rizasına görə davranar.
Həzrəti Xalidi-Bağdadi belə buyurur:
Rəbbinə qarşə daim ədəbli ol! Hadisələrin, Allah-Təalanın təqdiri ilə olduğunu yadından çıxama. İnsanlarla Allah arasında nə vasitə varsa, hamısı nisbi səbəblərdən ibarətdir.
- Heç kəsi, heç nəyi incitməyənlər;
- Öz ad və sanlarını deməyə belə çəkinənlər;
- Bütün məxluqata mərhəmət və şəfqət ilə yanaşarlar.