QURANİ-KƏRİMDƏKİ SAYLAR

0

Allah-Təala Qurani-Kərimdə Öz mesajlarını bir dil çərçivəsində və Quranın nazil olduğu dövrdə istifadə edilən ərəb dili vasitəsilə insanlara çatdırmışdır. Hər dildə olduğu kimi ərəb dilində də sıx-sıx işlədilən saylar və sayla bağlı ifadələr mövcuddur. Dilimizdə buna “Yüz ölç, bir biç” atasözünü misal göstərə bilərik.

O cümlədən Qurani-Kərimdə də müəyyən saylardan istifadə edilmişdir. Diqqəti cəlb edən həmin sayların yer aldığı ayələrdən bəziləri bunlardır:

Yer üzündə nə varsa, hamısını sizin üçün yaradan, sonra səmaya yönələrək onu yeddi qat göy halında tənzimləyən Odur. O, hər şeyi biləndir”.[1]

“Biz onu yüz min və daha çox kimsəyə peyğəmbər göndərdik”.[2]

“Sən onların yaşamaq üçün bütün insanlardan, hətta müşriklərdən belə daha çox həris olduqlarını görərsən. Onlardan hər biri min il yaşamaq istəyər”.[3]

“Qədr gecəsi min aydan daha xeyirlidir”.[4]

Şübhəsiz ki, Rəbbiniz göyləri və yeri altı gündə yaradan, sonra da işləri tənzimləyərək ərşə istiva edən Allahdır”.[5]

(Onlardan biri belə dedi:) “Bu mənim qardaşımdır. Onun doxsan doqquz qoyunu var. Mənim isə bir qoyunum var”.[6]

 “Onun üstündə on doqquz gözətçi mələk vardır”.[7]

Mələklər və Ruh (Cəbrail) müddəti (dünya hesabı ilə) əlli min il olan bir gündə Onun yanına yüksələrlər.[8]

Kim (Allahın hüzuruna) yaxşı bir əməllə gələrsə, onun üçün on qat (mükafat) vardır. Kim pis bir əməllə gələrsə, ona ancaq o əməlin eynisi qədər cəza verilər. Onlara heç bir haqsızlıq edilməz”.[9]

Ayələrdəki bu sayların həqiqimi, yoxsa məcazi mənada işlədildiyi haqqında müxtəlif fikirlər səsləndirilmişdir. Bir qrup təfsirçiyə görə, bu ifadələr həqiqi mənadadır və həqiqətən, ayələrdə qeyd olunan sayılanlar həmin say miqdarındadır.

Digər bir qrup təfsirçiyə görə isə, Qurani-Kərimdəki saylar və sayla bağlı ifadələr yerinə görə hərfi mənada yox, çoxluğu ifadə etmək üçün məcazi mənada işlədilmişdir. Onu da qeyd edək ki, hökmlərlə bağlı ayələri bundan istisna tutmaq lazımdır. Çünki hökmlərin tətbiqində bu saylar mühüm rol oynayır.

Ancaq bunun xaricindəki digər sayla bağlı ifadələrin vaxt və say bildirməkdən başqa mənalar daşıma ehtimalı vardır. Əksəriyyətlə, belə ifadələr kinayəli şəkildə çoxluq ifadə etmək, qarşısındakı şəxsi rəğbətəndirmək, mübaliğə etmək, diqqəti cəlb etmək kimi mənaları ehtiva edir.

f.f.d. Ələddin Sultanov

[1] Bəqərə, 2/29.
[2] Saffat, 37/147.
[3] Bəqərə, 2/96.
[4] Qədr, 97/3.
[5] Yunus, 10/3.
[6] Sad, 38/23.
[7] Müddəssir, 74/30.
[8] Məaric, 70/4.
[9] Ənam, 6/160.

SOSİAL ŞƏBƏKƏLƏRDƏ Paylaş

Şərhlər bağlıdır.

Əvvəlki məqaləni oxuyun:
KƏBƏDƏ RAMAZAN HAZIRLIQLARI BİTDİ, TƏRAVİH NAMAZI BELƏ QILINACAQ

Səudiyyə Ərəbistanında yerləşən Məscidi-Haramda və Məscidi-Nəbəvidə qlobal pandemiya çərçivəsində ramazan hazırlıqları başa çatdı. Yerli mətbuatın xəbərlərinə görə daha əvvəl tətbiq...

Bağla