Türkiyədə keçirilən əməliyyat nəticəsində PKK-nın uzun müddət axtarışda olan xüsusi təhlükəli terrorçuları məhv edilib.
Bu barədə “Anadolu” agentliyi məlumat yayıb.
Daxili İşlər Nazirliyinin məlumatına görə, Mardində “Eren-5” əməliyyatı zamanı 6 terrorçu zərərsizləşdirilib. Onlar arasında PKK-nın Mardində terror əməliyyatlarını həyata keçirmiş “Hevram Havraman Avyer” ləqəbli Hasan Mahmud və “Reber Koser” ləqəbli Teyyüb Cam da var.
Hasan Mahmudun 2008-ci ildə Şemdinlidə yola qoyduğu partlayıcı qurğunun işə düşməsi nəticəsində bir neçə Türkiyə əsgəri şəhid olub. Onun rəhbərlik etdiyi silahlılar 2016-cı ildə Şırnak-Van yolunun inşası zamanı təhlükəsizlik qüvvələrinə hücumu nəticəsidə 6 jandarm şəhid olub.
Report