70 ALİM TƏRAVİH NAMAZINA İZN ALMAQ ÜÇÜN KRALA MƏKTUB YAZDI

0

İordaniyada 70 İslam alimi ölkədəki sərt karantin rejiminin yumuşaldılması üçün kral II Abdullaha məktubla müraciət edib.

Müraciətdə tətbiq olunan karantin rejiminin cümə günləri yumuşaldılmasını istəyən alimlər, ramazan ayında təravih namazlarının qılınması üçün məscidlərin hər axşam 1 saat açıq olmasıı xahiş ediblər.

Müraciəti imzalayan alimlərdən biri – İordaniya universitetinin hədisçi alimi professor Sultan əl-Aqaylə məktubda, müsibətlərin günahlarla gəldiyini və tövbə ilə aradan qalxdığını xatırladıb.  

Pandemiya ilə əlaqədar hökumətin bütün qərarlarına dəstək verdiklərini və hörmətlə yanaşdıqlarını deyən Aqaylə, məsələnin ruhani tərəfinə diqqəti cəlb edərək bir çox alimlə məsləhətləşdikdən sonra krala məktub yazmağa qərar verdiklərini qeyd edib.

Qeyd edək ki, İordaniyada  sərt karantin səbəbindən həftə sonları komendant saatı tətbiq edilir və bu ölkədə cümə günləri həftə sonu sayılır.

SOSİAL ŞƏBƏKƏLƏRDƏ Paylaş

Şərhlər bağlıdır.

Əvvəlki məqaləni oxuyun:
ABŞ TARİXİNDƏ İLK – MÜSƏLMAN ƏSLLİ ŞƏXS FEDERAL HAKİM OLA BİLƏR

Amerika Birləşmiş Ştatları (ABŞ) tarixində ilk dəfə müsəlman əslli şəxsin federal hakimlik üçün namizədliyi irəli sürülüb. ABŞ-ın yeni seçilən prezidenti...

Bağla