SUDEYS: “MƏSCİDİ-HARAM ALLAHA İBADƏT VƏ TƏZİM MƏKANIDIR”

0

Məscidi-Haramın imamı Abdurrahman əs-Sudeys, hərəmi-şərif ərazisində radikal qruplara dəstək şüarının səsləndirilməsini pisləyib. Bu b arədə Harameyn işləri üzrə komitənin rəsmi tvitter səhifəsində məlumat yayılıb.

Sudeys, Məscidi-Haramda irçliyi və fanatizmi dəstəkləyən şüarların səsləndirilməsinin məkanın müqəddəsliyinə hörmətsizlik olduğunu  deyərək hadisəni pislədiyini bildirib.   

“Məscidi-Haram Allaha ibadət və təzim məkanıdır. Allah bu məkanı müqəddəs qərar verib və burada ibadət, namaz, tavaf və həcc etməyi əmr buyurdu.” – deyə Sudeys tvitində qeyd edib.  

Xatırladaq ki, bir gün əvvəl bıçaqlı şəxs Məscidi-Haramda terror qruplaşmalarına dəstək verən şüarlar səsləndirmiş və polis tərəfindən saxlanılmışdı.

SOSİAL ŞƏBƏKƏLƏRDƏ Paylaş

Şərhlər bağlıdır.

Əvvəlki məqaləni oxuyun:
FRANSIZ SENATOR HAYQIRDI: MÜSƏLMANLARDAN NƏ İSTƏYİRSİNİZ?

Fransa senatında müzakirə edilən və müsəlmanların əleyhində olduğu üçün tənqid edilən “separatizmlə mübarizə” adlı qanun layihəsi fransız senatorun kəskin etirazına...

Bağla