ƏLCƏZAİR FRANSAYA: BİZDƏN OĞURLADIĞINIZ ARXİVLƏRİ QAYTARIN

0

Əlcəzairin prezidenti Abdulməcid Təbbün, Fransanın müstəmləkəçilik illərində (1830-1962) ölkədən oğurladığı Osmanlı arxivlərinin geri qaytarılmasını tələb edib.

“Arxivlər yaddaşımızın ayrılmaz bir hissəsidir. Fransa, Əlcəzairdən oğurladığı Osmanlı arxivinə aid nə qədər sənəd varsa hamısını qaytarmalıdır.” – deyə prezident Təbbün yerli mətbuata verdiyi açıqlamada vurğulayıb.

Qeyd edək ki, Fransanın 1830-cu illərdə başlayan işğal hərəkatına qarşı Əlcəzair 1954-cü il noyabrın 1-də müstəqillik uğrunda mübarizəyə başlayıb. Fransanın bütün təzyiqlərinə baxmayaraq 8 il davam edən və təqribən 1.5 milyon insanın öldüyü mübarizə nəticəsində Əlcəzair İslam və ərəb dünyasında müstəqilliyi üçün ən ağır bədəli ödəyən ölkə kimi tarixə düşdü.

Fransa, Afrika qitəsindəki müstəmləkəçilik tarixinin ən yeni və ən qanlı nümunəsi olan Əlcəzairdə törətdiyi cinayətləri hələ də rəsmən qəbul etməyib.

Əlcəzair hökuməti 2017-ci ildə, ölkədən aparılan arxiv sənədlərinin 98%-nin Fransada olduğuu bəyan etmişdi.

SOSİAL ŞƏBƏKƏLƏRDƏ Paylaş

Şərhlər bağlıdır.

Əvvəlki məqaləni oxuyun:
QURANİ-KƏRİM HƏR CÜR İSRAFÇILIĞI QADAĞAN EDİR

Ümumiyyət, insan oğlunun ehtiyacları heç vaxt bitməz. Nə qədər var-dövləti olsa da, o özünə görə xərcləyəcəyi bir yer tapar və...

Bağla