SƏUDİYYƏ ƏRƏBİSTAMI ÜMRƏ ÜÇÜN YENİ ŞƏRTLƏRİ AÇIQLADI

0

Səudiyyə Ərəbistanı Krallığı ötən həftə ramazan ümrəsi üçün zəvvarlarda tələb olunan şərtləri açıqlamışdı. Bu gün isə krallığın Həcc və Ümrə Nazirliyi əlavə yeni şərtləri açıqlayıb.

Bu açıqlamaya görə sadəcə kovid-19 virusuna yoluxub sağalmış, bu virusa qarşı immuniteti qüvvətlənən və bu xəstəliyə qarşı peyvənd olunanların ümrə ziyarətinə izn veriləcək.

“İki doza koronovirus peyvəndi vurduranlar, peyvəndin üstündən azı 14 gün keçən və bu virusa yolusub sağalanların xaricində heç kim ümrə ziyarəti üçün Məkkəyə buraxılmayacaq.” – deyə açıqlamada qeyd edilib.  

Xatırladaq ki, ötən həftə krallıq rəsmiləri ramazan ümrəsi barədə açıqlama vermiş, ramazana məxsus ibadət olan təravih namazının 10 rəkat qılınacağını bildirilmişdi.

SOSİAL ŞƏBƏKƏLƏRDƏ Paylaş

Şərhlər bağlıdır.

Əvvəlki məqaləni oxuyun:
İƏT NÜMAYƏNDƏLƏRİNİN AĞDAMA SƏFƏRİ BAŞLADI

İslam Əməkdaşlıq Təşkilatının Ermənistanın Azərbaycana qarşı təcavüzünə dair Təmas Qrupuna daxil olan ölkələrin daimi nümayəndələrinin Ağdam rayonuna səfəri başlayıb. "Report"un...

Bağla