Afrika qitəsinin qərbində yerləşən, 4 milyonluq əhalisinin əksəriyyətinin müsəlman olduğu Mavritaniyada uşaqlara müqəddəs Qurani-Kərim kitabı paylanıb.
“Hədiyyəm Quran olsun” kampaniyası Türkiyə Diyanət Vəqfi (TDV) və “Diyanət İşləri Türk İslam Birliyi”nin (DİTİB)Almaniya şöbəsinin müştərək əməkdaşlığı ilə həyata keçirilib.
Qeyd edək ki, əksər Afrika ölkəsi kimi Mavritaniyada da Quran və hafizlik təliminə böyük əhəmiyyət verilir. Burada uşaqlar Quran oxumağı və əzbərləməyi ənənəvi olaraq “Luh” adlı taxta lövhələrdə təlim edirlər.
Keçirilən kampaniya çərçivəsində 10 min nəfərə Qurani-Kərim paylanması planlaşdırılır.
Türkiyəli xeyirxahların ianəsi ilə baş tutan kampaniyanın məqsədi mavritaniyalı uşaqların hafizlik təliminə dəstək verməkdir.
Haber7.com