AĞDAM CÜMƏ MƏSCİDİNDƏ QMİ SƏDRİNİN İMAMLIĞI İLƏ NAMAZ QILINIB

0

Azərbaycandakı dini konfessiyaların rəhbərləri və din xadimləri işğaldan azad edilən Ağdam şəhərinə səfər çərçivəsində şəhərdəki Cümə məscidini ziyarət ediblər.

Məsciddə Qafqaz Müsəlmanları İdarəsinin (QMİ) sədri şeyxülislam Allahşükür Paşazadənin imamətliyi ilə namaz qılınıb və ibadətlər edilib.

Daha sonra Vətən uğrunda canından keçən şəhidlərin ruhuna dualar oxunub və Quran tilavət olunub.

Qeyd edək ki, səfərdə QMİ sədri şeyxülislam Allahşükür Paşazadə, idarənin Qazılar Şurasının üzvləri, Azərbaycandakı Dağ yəhudiləri icmasının rəhbəri Melih Yevdayev, Bakıdakı Avropa yəhudiləri icmasının rəhbəri Aleksandr Şarovski, Azərbaycandakı Roma Katolik İcmasının rəhbəri Vladimir Fekete, Alban-udi xristian icmasının rəhbəri Robert Mobili, dini konfessiya rəhbərlərinin nümayəndələri və digər din xadimləri iştirak edir.

Səfər davam edir.

 

Report

SOSİAL ŞƏBƏKƏLƏRDƏ Paylaş

Şərhlər bağlıdır.

Əvvəlki məqaləni oxuyun:
5 ƏSRLİK OSMALI RAMAZAN ƏNƏNƏSİ MAHYA BU İL DƏ QURAŞDIRILACAQ

Koronovirusla mübarizə səbəbindən bütün dünyadakı məscidlərdə kütləvi ibadətlər dayandırılsa da, Türkiyədəki məscidlərdə 5 əsrlik Osmanlı ramazan ənənəsi bu il də...

Bağla