“İƏT BUNDAN SONRA DA AZƏRBAYCANI DƏSTƏKLƏYƏCƏK”

0

“Azərbaycanda olmaq bizim üçün böyük şərəfdir. Azərbaycan ərazilərinin işğaldan azad olunması günlərini sizinlə birgə yaşamaqdan çox şadıq. Uzun illər işğal altında qalan ərazilərin azad olunması ilə əlaqədar sizlərə öz təbriklərimizi çatdırmaq istəyirəm”.

Bunu İslam Əməkdaşlıq Təşkilatının (İƏT) nümayəndə heyətinin keçirdiyi mətbuat konfransında təşkilatın Baş katibinin İqtisadi məsələlər üzrə köməkçisi Əhməd Kavrsa Sengendo deyib.

“İƏT-in üzvləri Azərbaycanın bu məsələdə mövqeyini daim dəstəkləyib. Bu dəstək Azərbaycanın üzv dövlət olduğu üçün deyil, Azərbaycanın ədalətli mövqe tutduğuna görə verilib. Biz bundan sonra da Azərbaycanın mövqeyinə dəstəyimizi nümayiş etdirəcəyik”, – o bildirib.

SOSİAL ŞƏBƏKƏLƏRDƏ Paylaş

Şərhlər bağlıdır.

Əvvəlki məqaləni oxuyun:
DİN XADİMLƏRİNİN MÜHARİBƏDƏ GÖRDÜYÜ İŞLƏRLƏ BAĞLI KİTAB HAZIRLANACAQ

“Vətən müharibəsində din xadimlərinin gördüyü işlərlə bağlı kitab hazırlanacaq”. Bunu Qafqaz Müsəlmanları İdarəsinin (QMİ) sədri Şeyxülislam Allahşükür Paşazadə Ağdama səfəri...

Bağla