FRANSADA MÜSƏLMANLARA QARŞI QANUN MADDƏSİ GÜLÜŞ HƏDƏFİ OLDU

0

Fransa senatında səsverməyə çıxarılan “Respublika Dəyərlərinə Hörməti Gücləndirmək” adlı qanun layihəsinə yeni maddənin əlavə olunması təklif edilib.

“Respublikaçı Partiya”dan (LR) olan senatorların təklif etdiyi maddəyə görə universitet dəhlizlərində namaz da daxil olmaqla hər cür ibadət və tədrisə mane olacaq din təbliği yasaqlanır.

Sol partiyadan olan senatorların və təhsil naziri Jan Mişel Blankerin qarşı çıxmağına baxmayaraq təklif sağçı senatorların səs çoxluğu ilə qəbul olunub.

Ölkədəki social şəbəkə istifadəçiləri maddəni ələ salıblar. Fransada ali məktəblərin bağlı olduğunu və tələbələrin yemək tapmaq üçün yardım quruluşlarının qapısında növbəyə dayandığını bildirən social şəbəkə istifadəçiləri,tələbələrin gerçək problemlərinin məktəbi tərk etməyə məcbur olmaq, depresiya, intihar və s. olduğunu vurğulayıblar.

Rakidd adlı istifadəçi isə senatın realda olmayan bir işlə məşğul olduğunu, heç kimin universitet dəhlizlərində ibadət etmədiyini və namaz qılmadığını qeyd edib.

Qeyd edək ki, fevralın 16-da Milli Assambleyada qəbul edilən qanun layihəsi hazırda Senatda müzakirə mərhələsindədir. Senatda keçiriləcək səsvermədən sonra qanun layihəsi Milli Assambleyada növbəti dəfə səsverməyə çıxarılacaq.

Qanun layihəsi müsəlmanları cəmiyyətdən təcrid etdiyi üçün bir çox dəfə bəzi ziyalılar və QHT-lər tərəfindən tənqid olunub.

Bir müddət əvvəl isə Senatda, məktəb ekskursiyalarında iştirak edən valideynlərin, 18 yaşından kiçik qızların ictimai yerlərdə hicab geyinməsinin və hovuzlarda təsəttürlü çimərlik geyiminin geyinilməsinin yasaqlanması kimi maddələrin də qanun layihəsinə əlavə edilməsinə qərar verilmmişdi.

SOSİAL ŞƏBƏKƏLƏRDƏ Paylaş

Şərhlər bağlıdır.

Əvvəlki məqaləni oxuyun:
“İƏT BUNDAN SONRA DA AZƏRBAYCANI DƏSTƏKLƏYƏCƏK”

“Azərbaycanda olmaq bizim üçün böyük şərəfdir. Azərbaycan ərazilərinin işğaldan azad olunması günlərini sizinlə birgə yaşamaqdan çox şadıq. Uzun illər işğal...

Bağla