87 İLLİK FASİLƏDƏN SONRA AYASOFİYADA RAMAZANA HAZIRLIQ BAŞLAYIB

0

Ötən il ibadətə açılan İstanbul şəhərindəki Böyük Ayasofiya məscidində 87 illik fasilədən sonra müqəddəs ramazan ayına hazırlıq başlayıb. Bu ramazan ayında Türkiyənin və dünyanın dörd bir tərəfindən müsəlmanların Ayasofiya məscidini ziyarə etməsi gözlənilir.

Pandmiya səbəbindən təravih namazları qılınmasa da Ayasofiyada ramazan ayının ən böyük sünnələrindən olan müqabilə (Quranı başdan sona qədəroxumaq) ənənəsi yaşadılacaq. Digər məscidlərdən fərqli olaraq burada müqabilə təfsirlə birlikdə oxunacaq.

Qeyd edək ki, Ayasofiya məscidində müqabilənin təfsirlə oxunması Osmanlı dövründən qalan bir ənənədir və Osmanlı padşahları vaxtaşırı bu nüqabilələrdə iştirak edib.

Həmçinin bu ramazan İstanbulda 3 513 məsciddə müqabilə oxunacaq, Ayasofiya da daxil olmaqla 73 məsciddə müqabilə təfsirlə oxunacaq. Ramazanın axırıncı 10 günündə isə 230 məsciddə itiqaf ibadətinə izn veriləcək.

SOSİAL ŞƏBƏKƏLƏRDƏ Paylaş

Şərhlər bağlıdır.

Əvvəlki məqaləni oxuyun:
FÜRSƏT MÖVSÜMÜ

Ramazana ayına qovuşmağımıza çox qısa bir müddət qalıb. Ramazan ayı müsəlmanlar üçün Allaha qulluq, təslimiyyət və itaət ayıdır. Bu ay...

Bağla