MƏSCİDİ-HARAMI QEYDİYYATSIZ ZİYARƏT EDƏNLƏR CƏRİMƏ OLUNACAQ

0

Kovid-19 peyvəndi vurdurmamış, “Tawakkalna”və “Eatmarna” adlı dövlət portalından qeydiyyatdan keçməmiş Məscidi-Haramı ümrə və namaz üçün ziyarət edənlər cərimə olunacaq.

Bu barədə Səudiyyə Ərəbistanının Daxili İşlər Nazirliyi bəyanat yayıb. Bəyanatda bildirilir ki, ramazan ayı müddətində Məscidi-Harama ümrə üçün iznsiz gələnlər 10 min riyal (təqribən 4 530 azn), namaz üçün gələnlər min riyal (453 azn) cərimə olunacaqlar. Bəyanatda həmçinin, bu qərarın ramazan ayından sonra da növbəti açıqlamaya qədər qüvvədə olacağı qeyd edilib.

SOSİAL ŞƏBƏKƏLƏRDƏ Paylaş

Şərhlər bağlıdır.

Əvvəlki məqaləni oxuyun:
FRANSADA MƏSCİD BİNASI TƏHQİR OLUNUB – FOTO

Fransanın Renn şəhərində İbn Sina Məscidinin divarlarında İslam dini əleyhinə sözlər yazılıb. Bu barədə “Anadolu” agentliyi məlumat yayıb. Bildirilir ki,...

Bağla