Səudiyyə Ərəbistanının kralı Salman bin Abduləziz Məscidi-Haramda və Məscidi-Nəbəvidə təravih namazlarının 10 rəkat qılınacağı barədə qərarı imzalayıb.
Bu barədə “Harameyn” komitəsinin sədri, Kəbə imamı Abdurrəhman əs-Südeys məlumat yayıb. Südeys, kovid-19 pandemiyası səbəbindən ramazan ayına məxsus ibadət olan təravih namazlarının Məscidi-Haramda və Məscidi-Nəbəvidə 20 əvəzinə 10 rəkat qılınacağı barədə qərarın kral tərəfindən imzalandığını qeyd edib.
Südeyd kral Salmanın bu qərarının, hər iki məsciddə ibadət edənlərin beynəlxalq səhiyyə standartlarına uyğun təhlükəsiz mühitdə ibadət etməklərinə yardımçı olmaq məqsədli olduğunu deyib.