CO BAYDENDƏN RAMAZAN TƏBRİKİ: “ALLAH GÖYLƏRİN VƏ YERİN NURUDUR”

0

ABŞ prezidenti Co Bayden müqəddəs ramazan ayının başlaması münasibəti ilə yazılı bəyanat yayıb.

“Həyat yoldaşım Cill və mən ABŞ-da və bütün dünyada olan müsəlman icmaları ramazan münasibəti ilə ən səmimi hisslərimizlə təbrik edirik. Ramazan ayınız xeyirli olsun. Pandemiya səbəbindən bu ramazan çətin şəraitdə keçir, insanlar toplaşaraq bu ayı qeyd edə bilməyəcəklər və kütləvi iftarlar edə bilməyəcəklər. Amma müsəlmanlar bu mövsümə yeni ümidlərlə başlayır.   

Bu ölkə qurulduğu gündən bəri amerikalı müsəlmanlar ölkənin inkişafında yaxından iştirak ediblər. Peyvənd hazırlanmasında müsəlmanlar öz öhdəliklərini artıqlaması ilə yerinə yetirib və kovidlə mübarizədə müsəlman səhiyyə işçiləri ön sıralarda olublar.

Amma hələ də müsəlmanlar zorakılığın, qərəzin və nifrət cinayətlərinin hədəfi olmaqdadır. Bu cür qərəzli hücumlar yanlışdır. Bunu qəbul etmək mümkün deyildir. Bunlara son verilməlidir. Amerikada heç kim inancını qorxaraq yaşamamalıdır.” – deyə ABŞ prezidenti bəyanatında bildirib.

Vəzifəyə başladığı ilk günlərdə bəzi müsəlman ölkələrə tətbiq edilən səyahət qadağasını ləğv etdiyini xatırladan Bayden, Çindəki Uyğurların, Myanmardakı arakanlı müsəlmanların və bütün dünyadakı müsəlmanların hüquqlarını qorumağa davam edəcəklərini vurğulayıb.  

Bu il Ağ evdə ramazan bayramının vizual mühitdə qeyd ediləcəyini bildirən Bayden, gələcək illərdə həyat yoldaşı ilə bitlikdə ənənəvi bayram tədbirlərinin keçirilməyini gözləyəcəklərini bildirib və bəyanatını Qurani-Kərimdən Nur surəsinin 35-ci ayəsi ilə bitirib: “Allah göylərin və yerin nurudur!”

SOSİAL ŞƏBƏKƏLƏRDƏ Paylaş

Şərhlər bağlıdır.

Əvvəlki məqaləni oxuyun:
ÖLKƏLƏRİMİZ ARASINDA DINI-MƏNƏVI ƏLAQƏLƏR YÜKSƏK SƏVİYYƏDƏDİR

Aprelin 12-də Qafqaz Müsəlmanları İdarəsinin sədri Şeyxülislam Allahşükür Paşazadə Türkiyə Cümhuriyyətinin Azərbaycandakı Fövqəladə və Səlahiyyətli səfiri Erkan Özoralı diplomatik missiyasının...

Bağla