Türkiyədə oruc tutan futbolçular qarşılaşmada iftar vaxtının çatması ilə stadionda oruclarını açıblar.
Hadisə Türkiyənin Giresun vilayətində “Giresunspor” ilə Ankaranın “Keçiörengücü” komandaları arasında keçirilən qarşılaşmada baş verib.
Türkiyə Futbol Federasiyası 1-ci liqanın 30-cu həftəsində keçirilən qarşılaşma vaxtı oyundan kənar vəziyyət yaranıb. Oyundan kənar vəziyyət azanın oxunması ilə eyni vaxta təsadüf edib və fürsətdən istifadə edən futbolçular stadionda iftarediblər.
Futbolçulara oruclarını açmaq üçün su, xurma və banan verilib.