“YOLUXMA SAYINDA AZALMA OLSA MƏSCİDDƏ TƏRAVİH QILINA BİLƏR”

0

“Ramazanın yarısından sonra yoluxma sayında azalma olarsa təravih namazlarının məsciddə qılınması üçün qərar qəbul edə bilərik.”

İslamveirfan.com xəbər verir ki, bu sözləri Türkiyənin dini komitəsi “Diyanet”in sədri Əli Erbaş “VAV TV”-də iştirak etdiyi “İftar vaxtı” proqramında deyib.  

“Buramazan da pandemiyanın kölgəsində keçirilir. Məscidlərimizdə 5 vaxt namaz ilə cümə namazları qılınır. Möminlər məscidlərdə pandemiya ilə mübarizədə çox fəaldırlar. Onsuzda təmizlik olmadan müsəlmanlıq da olmaz. Təmizlik olmadan məscidə gedilməz.

Bütün bunlara baxmyaraq biz fikirləşdik ki, yoluxma sayında bu qədər çoxalma olubsa biz də millətimizə yardımçı olaq və təravih namazlarını evdə qılaq. Fərz namazlarımızı və cümə namazlarımızı bu tədbirlərə riayət edərək məsciddə qılaq. Allah razı olsun, millətimiz də anlayış göstərdi.

Ramazanın yarısından sonra yoluxma sayında azalma olarsa biz də ona görə yenidən qərar qəbul edə bilərik.

Amma millətimizin bu anlayışına, bu fərasətinə həqiqətən təşəkkür edirəm. Yetər ki, bu virus bir daha insana yoluxmasın.” – deyə Əli Erbaş bildirib.

Qeyd edək ki, yoluxma sayında yaşanan çoxalma səbəbindən Türkiyədə təravih namazlarının məsciddə qılınmasına izn verilmir.

SOSİAL ŞƏBƏKƏLƏRDƏ Paylaş

Şərhlər bağlıdır.

Əvvəlki məqaləni oxuyun:
FUTBOLÇULAR OYUN VAXTI İFTAR ETDİLƏR – VİDEO

Türkiyədə oruc tutan futbolçular qarşılaşmada iftar vaxtının çatması ilə stadionda oruclarını açıblar. Hadisə Türkiyənin Giresun vilayətində “Giresunspor” ilə Ankaranın “Keçiörengücü”...

Bağla