TÜRKİYƏ SƏFİRİ SABAH AZƏRBAYCANI TƏRK EDİR

0

Türkiyənin Azərbaycanda diplomatik fəaliyyəti başa çatan fövqəladə və səlahiyyətli səfiri Erkan Özoral sabah Bakını tərk edəcək. Diplomat aprelin 16-da ölkəsinə qayıdacaq.

E.Özoral 2016-cı ildən Türkiyənin Azərbaycandakı səfiri vəzifəsində çalışıb. Onun səlahiyyət müddəti bu ay başa çatıb.

Qeyd edək ki, Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın sərəncamı ilə Cahit Bağçı Azərbaycana səfir təyin olunub.

Yeni səfirin yaxın günlərdə Azərbaycana gələcəyi gözlənilir.

SOSİAL ŞƏBƏKƏLƏRDƏ Paylaş

Şərhlər bağlıdır.

Əvvəlki məqaləni oxuyun:
“YOLUXMA SAYINDA AZALMA OLSA MƏSCİDDƏ TƏRAVİH QILINA BİLƏR”

“Ramazanın yarısından sonra yoluxma sayında azalma olarsa təravih namazlarının məsciddə qılınması üçün qərar qəbul edə bilərik.” İslamveirfan.com xəbər verir ki,...

Bağla