MESUT ÖZİL RAMAZAN AYI ÜÇÜN 100 MİN AVRO İANƏ ETDİ

0

Türk əslli məşhur futbol ulduzu Mesut Özil ramazan ayı münasibəti ilə Türkiyə “Qırmızı Aypara” (Kızılay) cəmiyyətinə 100 min avro ianə edib.

Bu barədə cəmiyyət rəsmiləri məlumat verib. Məlumatda bildirilir ki, bu ianə ilə ehtiyac sahibi olan 128 min nəfərə yardım olunacaq. Bu çərçivədə Türkiyədə 2800, İndoneziyada 1000, Banqladeş Arakandakı qaçqın düşərgəsində 750 nəfərə ərzaq paketi paylanacaq.

Həmçinin Suriyanın İdlib şəhərindəki yetimxanalarda və Somali Moqadişuda 30 gün iftar süfrələri açılacaq və uşaqlara oyuncaq paylanacaq.

Qırmızı Aypara cəmiyyətinin sədri Kərəm Kınık, Mesut Özilin bu ianəsi ilə dünyanın dörd bir tərəfində ehtiyac sahiblərinə yardım edən “Kızılayın” xeyirxahlıq çərçivəsini böyütdüyünü deyib.

SOSİAL ŞƏBƏKƏLƏRDƏ Paylaş

Şərhlər bağlıdır.

Əvvəlki məqaləni oxuyun:
DÖVLƏT KOMİTƏSİ: KÜTLƏVİ İFTAR ZİYAFƏTLƏRİ YOLVERILMƏZDIR

"Qafqaz Müsəlmanları İdarəsinin (QMİ) Ramazan ayının başlaması ilə bağlı fətvası var. Orada bu məsələlər qeyd edilib. Bütün insanlar pandemiya şəraitinin...

Bağla