ALMANİYADA CÜMƏ AZANI SƏSGÜCLƏNDİRİCİ İLƏ OXUNDU – VİDEO

0

Almaniyanın Vuppertal şəhərində “Diyanet İşleri Türk İslam Birliyi”nə (DİTİB) bağlı Mərkəz məscidində cümə namazı üçün azan səsgücləndirici ilə minarədən oxundu.

Din xadimi Mustafa Akkaya tərəfindən ilk dəfə oxunan azan müsəlmanlar ilə yanaşı almanlar tərəfindən də maraqla qarşılanıb.

DİTİB Vuppertal məscidi dərnəyinin sədri Ersin Özcan, bölgədə yaşayan müsəlman dərnəklərin ortaq təşəbbüsü ilə şəhər rəhbərliyindən izn aldıqlarını və ramazan ayı boyu cümə günləri azanın səsgücləndirici ilə oxunacağını deyib.  

Xatırladaq ki, pandemiya başladığı zaman ətrafda yaşayan müsəlmanların əhval-ruhiyyəsinin yaxşı olmağı üçün şəhər rəhbərliyi keçən il ramazan ayı boyu axşam azanlarının səsgücləndirici ilə oxunmağına izn vermişdi.

SOSİAL ŞƏBƏKƏLƏRDƏ Paylaş

Şərhlər bağlıdır.

Əvvəlki məqaləni oxuyun:
PREZİDENT İLHAM ƏLİYEV İƏT-LƏ ƏMƏKDAŞLIĞA DAİR FƏRMAN İMZALADI

Prezident İlham Əliyev “Azərbaycan Respublikasının Dövlət Statistika Komitəsi ilə İslam Əməkdaşlıq Təşkilatının İslam Ölkələri üçün Statistik, İqtisadi və Sosial Tədqiqat...

Bağla