FRANSADA ALİ MƏHKƏMƏ HİCABLI QADININ LEHİNDƏ QƏRAR VERDİ

0

Fransada Ali məhkəmə, hicabı səbəbindən işdən qovulan qadının lehində qərar verib. Ali məhkəmə, iş yerinin atdığı bu addımın “ayrı-seçkilik” olduğunu bildirib.

Fransa İslamafobiya ilə Mübarizə Kollektivinin (CCIF) verdiyi açıqlamaya görə, Ali məhkəmənin iş yerinin əleyhində verdiyi bu qərarın qadınların iş yerlərində hicab geyinmək azadlığını dəstəklədiyini bildirib.  

“Camaciu” adlı geyim şirkəti, analıq məzuniyyətindən qayıdan və hicab geyinməyə qərar verən Nadya adlı işçinin müştərilərdə narahatlıq yaratdığını irəli sürərək onun andarda işləməsinə qərar verib və daha sonra işdən qovub.  

“İş yeri, işçilərindən müştərilərin xüsusi istəklərini yerinə yetirmək kimi subyektiv tələblər irəli sürə bilməz.” – deyə Ali məhkəmənin qərarında bildirilir.

Qərarda həmçinin bildirilir ki, şirkət daxili nizamnaməsində “peşə baxımından zəruri məcburiyyətlər” səbəbilə dini və ya siyasi simvolları yasaqlaya bilər, amma bu yasaq ümumi olmalıdır və hər hansı bir dinə və simvola istiqamətlənməmlidir.

Ali məhkəmənin bu qərarı ilə daha əvvəl Appelyasiya məhkəməsinin Nadyanın lehində verdiyi qərar da qüvvədə qaldı.

Qeyd edək ki, Appelyasiya məhkəməsi 2019-cu ildə “Camaicu”nun Nadyaya 10 min avro təzminat ödəməsinə qərar vermişdi.

SOSİAL ŞƏBƏKƏLƏRDƏ Paylaş

Şərhlər bağlıdır.

Əvvəlki məqaləni oxuyun:
TÜRKİYƏNİN YENİ SƏFİRİ AZƏRBAYCANA YOLA DÜŞÜB

Türkiyənin Azərbaycana təyin etdiyi yeni səfir Cahit Bağcı ölkəmizə yola düşüb. Bu barədə diplomat social şəbəkədəki şəxsi səhifəsində paylaşım edib....

Bağla