ABADİLİ ƏRBƏA KİMLƏRDİR?

0

Rasulullahın (ﷺ) səhabələri arasında bəzi rəvayətlərə görə 200, bəzi rəvayətləri görə isə 300-ə yaxın Abdullah adlı şəxs olub. Abdullah ibni Məsud (ra), Abdullah ibni ümmü Məktum (ra), Abdullah ibni Cübeyr (ra) onların məşhurlarından bəziləridir.

Amma onlardan 4 nəfəri “Abadili-Ərbəa” (4 Abdullah) adıyla məşhurdur. Mədinə dövründə gənc yaşda olan bu səhabələr Abdullah ibni Abbas (ra), Abdullah ibni Ömər (ra), Abdullah ibni Zübeyr (ra) və Abdullah ibni Amr bin Asdır (ra).

Rasulullahın (ﷺ) axirətə irtihalından sonra yaranmış bir çox suala cavab verilməsində bu 4 Abdullahın müstəsnai xidməti olmuşdur. Onların ittifaq etdiyi məsələlər “Abadile qavli” kimi fadə edilmişdir.

İmam Əhməd bin Hənbəl, ilk müsəlmanlardan və müctehid olan Abdullah ibni Məsudun (ra) adının bu 4 alim səhabənin arasında çəkilməməyini, onun ayrıca tədqiq edilməli səhabə olmağı ilə izah edib.

Uca Allah hər birindən razı olsun və bizi də onların şəfaətlərinə qovuşdursun. 

SOSİAL ŞƏBƏKƏLƏRDƏ Paylaş

Şərhlər bağlıdır.

Əvvəlki məqaləni oxuyun:
MƏSCİDİ-ƏQSA İMAMININ ÖLKƏ XARİCİNƏ ÇIXMASI YASAQLANDI

İsrail daxili işlər naziri Aryeh Derinin təlimatı ilə Qüds və Fələstinin sabiq müftisi, Məscidi-Əqsanın imamlarından olan Şeyx İqrimə Sabrinin 4...

Bağla