TÜRKIYƏDƏ ÜÇ GÜN KÜÇƏYƏ ÇIXMAQ QADAĞAN EDILİR, CÜMƏ NAMAZI QILINACAQ

0

Türkiyədə üç günlük küçəyə çıxmaq qadağası tətbiq ediləcək. Ölkədə 23 apreldə “Milli Suverenlik və Uşaq Bayramı” günü münasibəti ilə rəsmi tətil elan edilib. Nəticədə həftəsonu tətbiq ediləcək küçəyə çıxmaq qadağası bu gün (22 aprel – Red), yerli vaxtla saat 19:00-dan etibarən qüvvəyə minəcək.

Cümə, şənbə və bazar günlərini əhatə edəcək sərt karantin rejimi 26 aprel, yerli vaxtla saat 05:00-dan sonra qismən yumşaldılacaq.

Məlumata görə, aprelin 23-ü tarixi cümə gününə təsadüf etdiyi üçün şəhər və rayon səhiyyə idarələrinin nəzarəti və pandemiya qaydalarına uyğun olaraq cümə namazları qılınacaq.

Qeyd edək ki, Türkiyədə yeni növ koronavirus infeksiyasının yayılmasında, gündəlik ölüm halında və ağır xəstələrin sayında artım müşahidə olunur. İndiyədək ümumilikdə 4 446 591 nəfərdə virus aşkarlanıb, müalicə alan 36 975 nəfər ölüb. Hazırda 3 398 nəfər reanimasiyadadır.

SOSİAL ŞƏBƏKƏLƏRDƏ Paylaş

Şərhlər bağlıdır.

Əvvəlki məqaləni oxuyun:
SƏRXOŞ ERMƏNİLƏR AZƏRBAYCANLA SƏRHƏDDƏ ATƏŞKƏSİ POZUB

Ermənistanın Baş naziri Nikol Paşinyanın cari ilin aprel ayının 21-də Zəngəzur vilayətinə məlum səfərindən sonra Ermənistan tərəfindən Azərbaycan-Ermənistan dövlət sərhədində...

Bağla