CAHİT BAĞCI: “BAYRAMI QARDAŞ ÖLKƏNİN PAYTAXTI BAKIDA QEYD EDİRİK”

0

Bakıda Türkiyənin 23 Aprel – Milli Suverenlik və Uşaq Bayramı və Türkiyə Böyük Millət Məclisinin fəaliyyətə başlamasının 101-ci ildönümü qeyd olunub.

Türkiyənin Azərbaycandakı səfirliyində keçirilən tədbirdə qardaş ölkənin yeni səfiri Cahit Bağçı diplomatik nümayəndəliyin əməkdaşları, eləcə də Bakı Türk Məktəbinin azərbaycanlı və türkiyəli şagirdləri iştirak edib.

Tədbirdə çıxış edən səfir hər kəsi bayram münasibəti ilə təbrik edib: “Bayramı qardaş ölkənin paytaxtı Bakıda gələcəyimizin təminatçısı olan uşaqlarla birlikdə qeyd edirik. Ulu öndər Mustafa Kamal Atatürkün dediyi kimi hakimiyyət qeyri-şərstiz xalqa məxsusdur”.

Səfirin çıxışından sonra Bakı Türk Məktəbinin şagirdləri müxtəlif şeirlər söyləyiblər. Eyni zamanda Bakı Türk Anadolu liseyinin 2-ci sinif şagirdi Samirə İsmayılova Türkiyənin milli himnini səsləndirib.

Tədbirin davamında səfir uşaqları xidməti iş otağına aparıb və kreslosunu müvəqqəti olaraq onlara həvalə edib.

Bir 3 kişi, çocuk, ayakta duran insanlar ve iç mekan görseli olabilir

Bir 1 kişi, ayakta, ağaç ve açık hava görseli olabilir

SOSİAL ŞƏBƏKƏLƏRDƏ Paylaş

Şərhlər bağlıdır.

Əvvəlki məqaləni oxuyun:
MİLLİ MƏCLİSDƏ ORTA MƏKTƏBLƏRDƏ DİNİN TƏDRİS OLUNMASI TƏKLİF EDILİB

“Azərbaycanda orta məktəblərdə dinin tədris olunması müzakirə edilir”. Məlumata görə, bunu Milli Məclisin bu gün keçirilən iclasında deputat Etibar Əliyev...

Bağla