Müqəddəs ramazan ayının ilk on günlüyündə 1.5 mlyon zəvvar pandemiya tədbirləri ilə qorunan Məscidi-Haramı ziyarət edib.
Bu barədə Səudiyyə Ərəbistanı krallığının rəsmi SPA agentliyi Harameyn İşləri üzrə Dövlət Komitəsinə istinadən məlumat yayıb.
Məlumatda bildirilir ki, 1.5 milyon zəvvar namaz qılmaq və ümrə ziyarət üçün Məscidi-Harama daxil olub.
Komitənin rəsmisi Üsamə əl-Hüceyli mətbuata verdiyi açıqlamada Kəbənin ətrafındakı açıq ərazinin tamamilə ümrə ziyarətçilərinə ayrıldığını, namaz üçün gələnlərin qapalı yerlərdə təravih qıldıqlarını deyib. Hüceyli, bundan sonra da Kəbəyə gələnlərin qoyulan pandemiya qaydalarına riayət etmələri üçün çağırış edib.