Fransada Türk ailənin evi 40 nəfərlik erməninin hücumuna məruz qalıb. Hücum nəticəsində 4 nəfər müxtəlif dərəcəli bədən xəsarəti alıb. Hadisə Fransa Sen-Die-des-Voj şəhərinin Kellerman məhəlləsində baş verib.
Ailədən olan M.A.-nın “Anadolu” agentliyi müxbirinə verdiyi məlumata görə, hadisə 24 aprel günü bir erməninin A.Ç.-nin oğlunun üstünə maşın sürməsi ilə başlayıb. Bu hadisədən sonra tərəflər danışıb kompromisə gəlsələr də, ötən gün 40 nəfərlik erməni qrupu əllərində beyzbol dəyənəkləri, bıçaq və metal çubuqlarla A.Ç.-nin evinə hücum ediblər.
Məlumata görə, hücum nəticəsində 4 nəfər yaralanıb, onlarda üçü xəstəxanaya aparılıb, bir nəfərin kəllə sümüyündə 3 çatlaq əmələ gəli, bir nəfər isə əməliyyat edilib.
Hücum edənlər evdən ayrılarkən onlardan biri havaya atəş açıb. Hücum edənlərdən birinin isə II Qarabağ müharibəsində Ermənistan tərəfdə döyüşdüyü istisna edilmir.