ABŞ-ın Minnesota əyalətinin Murhed şəhərində İslam icmasına bağlı məscid islamafobiyaçı hücuma məruz qalıb. Məlumata görə, “Moorhead Fargo” İslam mərkəzinə gecə hücum edən şəxs məscid pəncərəsinin şüşələrini sındırıb və ətrafa ziyan vurub. Daha sora həmin şəxs püskürtməli rəng ilə məscidin divarlarına və qapılarına İslam əleyhində yazılar yazıb, məscidin girişinə “svastik” çəkib.
Ramazan ayında bu cür hərəkəti qəbul etmənin mümkün olmadığını deyən Murhed bələdiyyə başçısı Şelli Karlson, burada nifrət cinayətlərinin yeri olmadığını və müsəlman icmasını dəstəklədiklərini vurğulayıb.
“Amerika-İslam Münasibətləri Şurası”nın (CAIR) Minnesota şöbəsi isə məscid hücumunun nifrət cinayətləri çərçivəsində araşdırılmasını tələb edib.
Hadisənin Murhed polis idarəsi və Fargo Federal Təhqiqatlar Bürosu (FBI) tərəfindən araşdırıldığı qeyd edilib.