Türkiyənin Denizli vilayətində anadangəlmə görmə məhdudiyyətli 27 yaşlı Emre Akşit dinləyərək 2.5 ildə Qurani-Kərimi əzbərlədi və hafiz oldu.
Ögey atasının təşviqi ilə Denizli “Sahabiye” vəqfində hafizliyini tamamlayan Emre Akşit daha sonra İstanbulda brayl əlifbası ilə Quranı oxumağı öyrənib.
Xeyxah şəxslər tərəfindən ümrə ziyarətinə aparılan Akşitin hədəfi müəzzin kimi bir məscidə təyin olunmaq və burada özü kimi görmə məhdudiyyəti olanlara Qurani-Kərimi təlim etməkdir.