Türkiyə müdafiə sənayesinin yeni məhsulu olan “BORAN” haubitsa-topu, “E-ZMA” elektron zirehli döyüş maşını, “MEMATT” mexaniki mina təmizləmə texnikası və MBS mərmilərinin təqdimatı keçirilib.
Silah və texnikalar ölkənin Mexanika və Kimya Sənayesi Korparasiyasının Barutsan Raket və Partlayıcı Fabrikində istehsal olunub.
Bildirilib ki, “BORAN” dünyada öz seriyasından olan ən dəqiq və güclü xüsusiyyəti ilə fərqlənir. 105 mm çaplı haubitsanın çəkisi 1 750 kq-dır və helikopterlə daşımaq mümkündür və 17 km məsafədə hədəfləri məhv etmək qabiliyyətinə malikdir. O bir dəqiqədən az vaxtda atəşə hazır vəziyyətə gətirilir. Bu haubitsadan dəqiqədə 6 dəfə atəş açmaq mümkündür.
Elektrikli hibrid sistemə malik zirehli döyüş texnikası “E-ZMA” uzaqdan idarə olunur. Bir səfərdə 720 kilometrlik məsafəni qət etməklə yanaşı, 10 saat müddətində fasiləsiz döyüş qabiliyyətinə malikdir.
Bundan başqa, mexaniki mina təmizləmə texnikası “MEMATT”ın da təqdimatı olub. Bu texnika uzaqdan idarə edilir. 60 dərəcə meyilli nöqtələrə qədər irəliləyə bilir və ballistik silahlardan qorunma xüsusiyyətinə malikdir.
Tədbirdə həmçinin 42 km məsafəlik atış qabiliyyətli MBS mərmiləri də nümayiş olunub.
Qeyd edək ki, Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan yeni silah və texnikanın təqdimatında iştirak edib.
Report