MARSDA UÇAN HELİKOPTERDƏ MÜSƏLMAN MÜHƏNDİSİN İMZASI

0

Amerika Milli Kosmik Agentliyinin (NASA) Mars planetində uçurduğu mini helikopteri dizayn edən heyətdə müsəlman mühəndis də var.

Fələstinin Qəzza bölgəsindən olan Loay Elbasyuni, bu tarixi hadisənin bir hissəsi olduğu üçün iftixar hissi keçirdiyini deyib.

“İlk uçuş həyata keçiriləndə sevindiyimdən elə qışqırdım ki, gecənin yarısı binada yaşayanları yuxudan oyatdım. NASA-nın canlı yayımını izləyərkən göz yaşlarımı saxlaya bilmədim.” – deyə qəzzalı mühəndis bildirib.   

Qəzzanın Beyt Xan şəhərində anadan olan Elbasyuni 1998-ci ilə ABŞ-a gedib və ali təhsilini başa vuraraq elektrik mühəndisi olub. Qəzzalı mühəndis ən son işlədiyi özəl şirkətdə NASA üçün Marsa göndəriləcək “Ingenuity” helikopterini hazırlayan heyətə seçilməyə nail olub. Həmçinin helikopteri hazırlayan heyətdə 4 il dizayn və istehsal üzrə baş mühəndis olub.

Vətənindən uzaqda böyük uğurlara imzasını qoyan mühəndis İsrailin mühasirəsi səbəbindən 12 ildir ailəsi ilə görüşə bilmir. Elbasyuni bunun çox çətin olduğunu vurğulayıb.

Xatırladaq ki, NASA-nın kosmosa göndərdiyi “Perseverance” kosmik vasitəsi aprelin 18-də Mars planetinə çatıb. Onun yedəyində olan “Ingenuity” mini helikopteri isə aprelin 19-da Mars səthində ilk uçuşunu həyata keçirib. Bu, başqa planetdə olan ilk uçuş vasitəsi kimi tarixə düşüb.

SOSİAL ŞƏBƏKƏLƏRDƏ Paylaş

Şərhlər bağlıdır.

Əvvəlki məqaləni oxuyun:
ABŞ-IN NYUARK ŞƏHƏRİNDƏ MÜSƏLMAN POLİSLƏR HİCAB GEYİNƏ BİLƏCƏK

Amerika Birləşmiş Ştatları (ABŞ) Nyu Cersi əyalətinin Nyuark (Newark) şəhərində müsəlman qadın polislərin hicab geyinməsinə izn verilib. Nyuark Xalq Təhlükəsizliyi...

Bağla