HULUSİ AKAR: “AZƏRBAYCANIN YANINDA OLMAĞA ÇALIŞIRIQ”

0

“Dost və qardaş Azərbaycan və Liviyanın yanında olmağa çalışırıq”. Bunu Türkiyənin milli müdafiə naziri Hulusi Akar deyib.

“Türk Silahlı Qüvvələrinin motivasiya və fədakarlığı bizi çox duyğulandırdı. Bu fədakarlıq və qəhrəmanlıqla hər cür çatışmazlığa, embarqo və məhdudiyyətlərə baxmayaraq bütün işlərin öhdəsindən gəldik və gəlməyə də davam edəcəyik. Niyə? Çünki mübarizə aparmaq üçün əzm və qətiyyətimiz var. Bir nəfər qalsaq belə bayrağımızı uca tutmaq üçün mübarizəmizi davam etdirəcəyik”, – nazir vurğulayıb.

PKK terror qruplaşması ilə mübarizəyə toxunan H.Akar deyib ki, PKK heç bir halda Türkiyədə yaşayan kürdlərin təmsilçisi ola bilməz: “Onsuzda orada bir kimlik problemi də var. PKK-nın içərisində ermənilər, avropalı və afrikalılar da var. Təəssüf ki, türk də var. Yəni, PKK bir terror qruplaşmasıdır”.

 

Report

SOSİAL ŞƏBƏKƏLƏRDƏ Paylaş

Şərhlər bağlıdır.

Əvvəlki məqaləni oxuyun:
MARSDA UÇAN HELİKOPTERDƏ MÜSƏLMAN MÜHƏNDİSİN İMZASI

Amerika Milli Kosmik Agentliyinin (NASA) Mars planetində uçurduğu mini helikopteri dizayn edən heyətdə müsəlman mühəndis də var. Fələstinin Qəzza bölgəsindən...

Bağla