KÜTLƏVİ DİNİ İBADƏT VƏ MƏRASİMLƏRİN KEÇİRİLMƏSI QAYDASI TƏSDIQLƏNIB

0

Milli Məclisin bu gün keçirilən plenar iclasında “Dini etiqad azadlığı haqqında” qanunda dəyişiklik layihəsi III oxunuşda müzakirəyə çıxarılıb. Dəyişiklyə əsasən kütləvi dini ibadət, ayin və mərasimlərin keçirilməsi qaydası müəyyənləşib.

Qanuna əlavə edilən yeni 6-1-ci maddəyə əsasən, kütləvi dini ibadət, ayin və mərasimlər (dəfn, yas, iftar, kəbinkəsmə, mövlud və ehsan mərasimləri istisna olmaqla) dini ibadət yerlərində və ziyarətgahlarda keçiriləcək.

Kütləvi dini ibadət, ayin və mərasimlər (dəfn, yas, iftar, kəbinkəsmə, mövlud və ehsan mərasimləri istisna olmaqla) dini ibadət yerlərindən və ziyarətgahlardan kənarda yalnız müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) razılığı ilə təşkil olunacaq.

Müzakirələrdən sonra qanuna dəyişiklik layihəsi III oxunuşda səsverməyə çıxarılaraq qəbul edilib.

SOSİAL ŞƏBƏKƏLƏRDƏ Paylaş

Şərhlər bağlıdır.

Əvvəlki məqaləni oxuyun:
ETİKAF NƏDİR?

“Bir yerdə gözləmək, dayanmaq, özünü bir məkana həbs etmək” kimi mənaları ifadə edən etikaf Ramazan ayının son on günündə dünyəvi...

Bağla