ƏMR OLUNDUĞUN KİMİ DOĞRU OL!

0

İslamın əsası olan doğruluq insanın zahirinin batini ilə həmahəng olmasıdır. Buna görə də Uca Allah:

فَاسْتَقِمْ كَمَا أُمِرْتَ وَمَنْ تَابَ مَعَكَ وَلَا تَطْغَوْا ۚ إِنَّهُ بِمَا تَعْمَلُونَ بَصِيرٌ

“Elə isə sən və səninlə birlikdə tövbə edənlər əmr olunduğunuz kimi doğru yolda olun və həddi aşmayın! Şübhəsiz ki, Allah sizin etdiklərinizi görəndir”,[1] buyuraraq müsəlman üçün doğruluğun nə qədər əhəmiyyətli olduğuna işarə etmişdir.

Həyatı boyunca doğruluqdan ayrılmayan, düşmənlərinin belə “əmin/etibarlı” deyə adlandırdığı Həzrət Peyğəmbər (s.ə.s) bu ayə səbəbilə doğruluqdan ayrılmaq qorxusu ilə yaşlandığını və saçlarının ağardığını söyləmişdir. Peyğəmbərimiz (s.ə.s) özü doğru və dürüst olmaqla yanaşı, ondan nəsihət istəyən səhabələrə də bu mövzuda tövsiyələr verirdi. Çünki qeyd olunan ayədə səninlə birlikdə tövbə edənlər ifadəsi ilə bütün müsəlmanların də əmr olunduqları kimi doğru yolda olmaları və Allahın qoyduğu hədləri aşmamaları əmr olunur.

Hədis mənbələrində qeyd olunan bir rəvayətə görə, səhabələrdən biri Peyğəmbərimizə: “Ey Allahın elçisi! Mənə İslamda elə bir söz de ki, o barədə səndən sonra heç kəsdən soruşmağa ehtiyacım olmasın”, – deyə müraciət etmişdi. Həzrət Peyğəmbər (s.ə.s) də ona: “Allaha iman gətirdim!” – de, sonra da doğru yolu tut!” – deyə cavab vermişdi.[2] Bu hədisdə İslamın iki əsas prinsipi qeyd olunmuşdur ki, bunlardan biri Allaha iman gətirmək, digəri isə doğruluqdur.

Doğruluq və dürüstlüyün olmadığı bir cəmiyyətdə rahatlıqdan və etimaddan söz edə bilmərik. Heç kimin bir-birinə etibar etmədiyi və doğruluğun olmadığı bir cəmiyyət isə viran olmağa məhkumdur. Buna görə də Peyğəmbərimiz belə buyurmuşdur: “Daima doğru olanı araşdırın. Təhlükəni doğruluqda görsəniz belə, doğruluqdan ayrılmayın! Çünki nicat yalnız ondadır”.[3]

Yerinə yetirə bilməyəcəyimiz şeyləri dilə gətirməyimizin doğru olmadığını və günah olduğunu bildirən Uca Allah ictimai münasibətlərin möhkəm bir zəmində davam edə bilməsi üçün doğruluq prinsipinin zərurili olduğu haqqında belə buyurur:“Ey iman gətirənlər, Allahdan qorxun və doğru söz söyləyin![4]Rəbbimiz Allahdır!” – deyib sonra doğru yolda gedənlərin üzərinə mələklər nazil olar və onlara belə deyərlər: “Qorxmayın, kədərlənməyin! Sizə vəd olunan cənnətlə sevinin![5]

Buna görə də hər birimiz həyatımızı doğruluqdan ayrılmadan sürdürməli, eyni zamanda başda ailə üzvlərimiz olmaqla bütün müsəlmanların doğru və dürüst davranmaları üçün üzərimizə düşən vəzifələri yerinə yetirməyə çalışmalıyıq.

 f.f.d. Ələddin Sultanov

[1] Hud, 11/112.
[2] Müslim, “İman”, 13.
[3] Kənzül-ümmal, 3/344.
[4] Əhzab, 33/70.
[5] Füssilət, 41/30.

SOSİAL ŞƏBƏKƏLƏRDƏ Paylaş

Şərhlər bağlıdır.

Əvvəlki məqaləni oxuyun:
İMRAN XAN İƏT-Ə İSLAMAFOBİYA İLƏ MÜBARİZƏ APARMAĞI TƏKLİF EDİB

Pakistanın baş naziri İmran Xan, islamafobiya ilə qətiyyətlə mübarizə aparması üçün İslam Əməkdaşlıq Təşkilatına (İƏT) müraciət edib. Pakistanın paytaxtı İslamabadda...

Bağla