MƏSCİDİ ƏQSADA BU İLİN İLK TƏRAVİH NAMAZI QILINDI

0

Ötən ramazan və bu il pandemiya şəraitinin qüvvədə olduğu Məscidi-Əqsada bir gün əvvəl ilk təravih namazı qılınıb. Bu barədə Türkiyədə nəşr olunan “Milli Gazete” məlumat yayıb. 

Müsəlmanlar, Qüdsün Köhnə şəhər bölgəsindəki Məscidi-Əqsanın həyətində toplaşıblar. İftar vaxtı məbədin həyətidə açılan yer süfrələrində iftar edən qüdslü müsəlmanlar daha sonra burada ilk təravih namazlarını qılıblar.  

Qeyd edək ki, İordaniya Vəqflər, Dini İşlər və Müqəddəs Dəyərlər Nazirliyinə bağlı Qüds İslami Vəqflər idarəsi fevralın 23-də bəyanat yayaraq bu il ramazanda Məscidi-Əqsanın açıq olacağını bildirmişdi.

SOSİAL ŞƏBƏKƏLƏRDƏ Paylaş

Şərhlər bağlıdır.

Əvvəlki məqaləni oxuyun:
PANDEMİYA SƏBƏBİNDƏN BU İL HƏCC ZİYARƏTİ OLMAYA BİLƏR

Səudiyyə Ərəbistanı krallığının kovid-19 pandemiya səbəbindən bu il də Həcc ibadətinin olmaması barədə qərar qəbul edəcəyi bildirib. Bu barədə “Reuters”...

Bağla