ABŞ-DA MƏSCİDƏ HÜCUM EDƏN ŞƏXS RAMAZAN SƏBƏBİLƏ ƏFV EDİLDİ

0

Ötən ay ABŞ-ın Minnesota əyalətinin Murhed şəhərində İslam icmasına bağlı məscidə islamafobiyaçı hücum törədən Benyamin Stivart Ender polis tərəfindən saxlanılıb.

Yerli mətbuatın xəbərinə görə, “Moorhead Fargo” İslam mərkəzinin rəhərliyi şübhəli şəxs barədə şikayətindən imtina edib. Mərkəzin rəhbəri Sacid Qauri ramazanın bağışlanma ayı olduğunu bildirərək 22 yaşlı Enderlə ailəsini ramazandan sonra məscidə dəvət edib.  

“Gecənin qaranlığı əvəzinə gündüzün aydınlığında məscidə gəl və bizimlə söhbət et. İnanıram ki, bir çox ortaq dəyər ətrafında fikir birliyi edəcəyik. Sevgi nifrətdən daha güclüdür.” – deyə Qauri bildirib.

Xatırladaq ki, ABŞ-ın Minnesota əyalətinin Murhed şəhərində İslam icmasına bağlı məscid islamafobiyaçı hücuma məruz qalmışdı. Məlumata görə, “Moorhead Fargo” İslam mərkəzinə gecə hücum edən şəxs məscid pəncərəsinin şüşələrini sındırmış və ətrafa ziyan vurmuşdu. Daha sora həmin şəxs püskürtməli rəng ilə məscidin divarlarına və qapılarına İslam əleyhində yazılar yazmış, məscidin girişinə “svastik” çəkmişdi.

SOSİAL ŞƏBƏKƏLƏRDƏ Paylaş

Şərhlər bağlıdır.

Əvvəlki məqaləni oxuyun:
ABŞ-DA ŞİRKƏT RƏHBƏRİ EMPATİYA ÜÇÜN ORUC TUTUB

Amerika Birləşmiş Ştatlarında (ABŞ) “American Airlines” aviaşirkəti direktorlar şurasının sədri Duq Parker müsəlman işçilərin nə hiss etdiklərini anlamaq üçün oruc...

Bağla